
Kanal S-də yayımlanan “Mikayıl ilə 5 Gün” verilişinə dəvət olunmuş müğənni Rəvan Qarayev canlı efirdə iştirak edəcəyini öz dili ilə təsdiqləsə də, verilişə gəlməkdən heç bir xəbərdarlıq etmədən imtina edib.
Qlobal.net bildirir ki, Kanal S və “Mikayıl ilə 5 Gün” komandası əvvəlcədən anonsu verilmiş, izləyicilər tərəfindən gözlənilən bir proqramın belə məsuliyyətsiz yanaşma ilə sabotaj olunması ilk növbədə tamaşaçılara qarşı açıq-aşkar hörmətsizlik kimi qiymətləndirib.
Verilişin aparıcısı Mikayıl Güləddinoğlu bildirib ki, Rəvan Qarayev verilişdə iştirak edəcəyini özü təsdiqləmişdi:
“Anonslar yayımlandı, tamaşaçı gözlədi, amma nə gəldi, nə də öncədən xəbər verdi. Dəfələrlə zəng etdik, cavab vermədi. Yalnız proqramın sonlarına yaxın prodüserin zənginə cavab verib və “‘problemim var, gələ bilmirəm” dedi. Sonradan məlum oldu ki, Zaqatala rayonunda istirahətdə imiş. Görünür, sözünü tutmaq əvəzinə istirahəti seçib. Bu isə birbaşa tamaşaçıya qarşı hörmətsizlikdi, verilişə qarşı məsuliyyətsizlikdi”.
