67cfcc0beafc5202503253715

Tanınmış müğənni efirə 9 manatlıq üzük, 8,50 manatlıq sırğa taxıb gəldi

Müğənni Ülviyyə Namazova efirə 8 manat 50 qəpiyə sırğa taxıb.

Qlobal.net xəbər verir ki, müğənni "ATV"də yayımlanan "Rəngərang" verilişində üzərindəki aksessuarlarının qiymətini açıqlayıb.

O bildirib ki, aksessuarlarını onlayn sifarişlə alıb: "Əgər digər efirə çıxanlar bahalısını taxırlarsa, elə bu da həmin "bahalılardandır". Elədirsə, onda mənim qulağımdakı sırğa da "10 minlikdir". 10 minin qarşısından "min"i silin, 10 manat qalsın. Üzüyümün qiyməti 9 manat, sırğam isə 8 manat 50 qəpiyədir".

Sonra Ülviyyə Namazova metlaxın üzərinə ataraq üzüyünü qırıb. (Pravda.az)

Üzüyümün qiyməti 9 manat, sırğam isə 8 manat 50 qəpiyədir” - Ülviyyə  Namazova Pravda.az

11.03.2025 09:31
show 514