Müğənni Şöhrət Məmmədov maraqlı açıqlama verib.
Qlobal.net xəbər verir ki, o qonaq olduğu "Xəzər axşamı" verilişində başına gələn hadisəni danışıb.
O bildirib ki, toyundan əvvəl qohumları ilə liftdə qalıb: "Qonaqlarımı yerləşdirib qayıdırdım. Toydan əvvəlki gecə saat 3-ün yarısı olardı lift yarı yolda dayandı. Mən, həyat yoldaşım, qardaşım, qayınanam, ailə dostumuz bir yerdə idik. Adam sayına görə bu hadisə yaşanmadı. Səhər 9-un yarısına kimi liftdə qaldıq. Qadınlar panik hal yaşaması bizi də çıxılmaz vəziyyətə saldı. Yeni standartlara cavab verən binanın lifti idi. FHN-nin müdaxiləsi ilə çıxa bildik. Qaynanamın qabırğaları qırılmışdı, əzilənlər oldu".(milli.az)