bahalaşma
Tanınmış klub prezidenti supermarketdən oğurluq etdi - ŞOK

Azərbaycan futbolunu silkələyəcək və gündəmə bomba kimi düşəcək hadisə baş verib.

Hələ medianın bundan xəbəri yoxdur, ilk dəfə biz olayın izinə düşmüşük…

Deməli, ölkənin tanınmış klub prezidentlərindən biri Bakıda fəaliyyət göstərən supermarketlərin birindən oğurluq edib. O, həmin obyektdən bir xeyli mal alıb, amma pulunu ödəmədən çıxıb gedib.

Satıcının başı digər müştərilərə qarışdığından, hadisənin üstü bir neçə gün sonra açılıb.

Müşahidə kameralarına baxış keçirilib, görüntülər əldə edilib. Supermarketin idarəçiləri bu istiqamətdə hərəkətə keçib, yekunda həmin şəxsin kimliyinin müəyyənləşdirməyə nail olub.

Bütün futbol ictimaiyyətinin yaxından tanıdığı klub başqanı öncə belə bir iş tutmadığını, aldığı məhsulların pulunu verdiyini iddia edib. (sportinfo.az)

17.10.2024 14:27
show 287