vəfat etdi
Tanınmış klarnet ifaçısı vəfat etdi - FOTO

Tanınmış klarnet ifaçısı Hacı Həmidoğlu vəfat edib. 

Qlobal.net xəbər verir ki, Hacı Həmidoğlu 67 yaşında dünyasını dəyişib.  

Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

Qeyd edək ki, Azərbaycan klarnet ifaçılığı sənətində kifayət qədər tanınıb sevilən sənətçilərdən biri də Hacıbaba Məhərrəmov - Hacı Həmidoğlu olub. 40 ilə yaxındır ki, milli musiqimizin təbliğində saysız uğurları olan Hacı Həmidoğlu bu illər ərzində dünyanın otuzdan artıq ölkəsində - Fransa, Almaniya, İsveç, Kanada, Türkiyə, Bolqarıstan, Vyetnam, Misir və digərlərində qastrol səfərlərində olmuş, klassik muğam, milli rəqs və xalq mahnılarımızı layiqincə təmsil etmişdir.

 

 

29.01.2023 11:06
show 673