oğurluq
Tanınmış jurnalistin evi qarət olundu - VİDEO

Tanınmış jurnalist Yelena Sidorenkonun bağ evi qarət olunub.

Qlobal.net xəbər verir ki, bu barədə sosial şəbəkədə jurnalist özü məlumat verib.

Bildirib ki, iki gün öncə "Ləyiş bağları" ərazisində yerləşən bağ evlərinin kameraları sıradan çıxıb. Bu gün bağa baş çəkməyə gedən həyat yoldaşı evin qarət olunduğunu görüb: "Yoldaşım bağa gedəndə görüb ki, oğrular işıq sayğacını sındırıblar. Bu səbəbdən də kameralar sıradan çıxıb. Daha sonra kombini, kondisioneri və samovarı bağın hasarının üstündən keçirərək aparıblar".

66b446800f21f202408241600

Jurnalist baş verənlərlə bağlı 102 xidmətinə məlumat verdiklərini deyib. 

Eləcə də qeyd edib ki, paylaşımından dərhal sonra DİN-dən hadisəyə reaksiya verilib və məsələ nəzarətə götürülüb. (bakupost)

25.08.2024 06:42
show 217