Tanınmış jurnalist Şəmsi Səmədzadəni darmadağın etdi - SENSASİON YAZI
Dünən bazar günü olduğu üçün, gözəl bir məkanda dostlarla oturub
kofe içirdik. Günün ikinci yarısı idi. Birdən-birə, dayanmadan
telefonuma mesajlar və zənglər gəlməyə başladı. Hamı soruşurdu: Şəmsinin
videosuna baxıbsan? Heç nədən xəbərim yox idi.Bir
az keçəndən sonra, həmin iyrənc mənzərənin müxtəlif sosial şəbəkələrdə
paylaşıldığını gördüm. Anladım ki, insanların bu mövzuda kütləvi şəkildə
mənimlə əlaqə saxlamaq istəkləri, zamanında məhz Şəmsi Səmədoğlu ilə
bağlı müzakirələrdə sırf axara qarşı getməyim, onun əsl simasını açıb
ortaya qoymağım olub.
Təxminən iki il yarım bundan əvvəl idi. Ölkədə çox
böyük səs-küy yarandı ki, ömürlük həbsə məhkum edilən və az qala böyük
bir regionun “ağsaqqalı” statusunda təqdim olunan Şəmsi Səmədoğlu
azadlığa çıxıb. Onun əsl “qəhrəman “ kimi piarı aparılırdı.Barəsində
hətta miflər də uydurulmuşdu ki, güya bu adamı zamanında Baş prokuror
işləmiş Zakir Qaralova şillə vurduğu səbəbindən ömürlük həbsə
göndəriblər. Bunun ağ yalan olduğunu əlimin içi kimi bildiyim üçün, məhz
onun populyarlığının ən zirvədə olan dönəmində sərt tənqid etdim, daha
doğrusu maskasını çırdım. Həmin yazını şərh bölümündə paylaşıram.Mən
hələ o vaxt, Şəmsinin bu gün canlanan mənzərəyə layiq adam olduğunu
yazdım. Asan olmadı. Üstümə böyük bir “ordu” gəldi. Hətta Rusiyadan zəng
etdilər. “Bizim ağsaqqala dil uzatma”,- kimi xəbərdarlığı belə nəzərimə
çatdırdılar.
Bəzi həmkarlarımız mənim Şəmsi ilə bağlı mövqeyimə etiraz
edən xüsusi verilişlər belə hazırladılar. Məni mövqeyimə görə sərt
qınadılar. Şəmsi isə dünənki addımı ilə nəinki onları məyyus etdi, həm
də öz “altını” vurdu.
Düşünürəm, görəsən, bu mənzərənin altından hansısa
bəhanə, arqumentlə çıxmaq olarmı? Ağlıma heç nə gəlmir. Buna heç cür
bəraət qazandırmaq mümkün deyil. Mən belə tip seks qalmaqalına heç vaxt
rast gəlməmişəm.
Dünyanın bir çox ölkələrində tanınmış adamları yataqda
sevgilisi ilə tutub, çəkirlər. Həmin adamlar ictimai qınağa tab
gətirməyib istefa verir. Bu da üzərinə böyük missiya götürmüş adam idi,
azdan- çoxdan tanınırdı. Nə qədər təəccüblü olsa da, bunu isə yataqda
qadınla deyil, çox biabırçı pozada və ortamda tutublar.Yalnız bir söz
deyə bilərəm, kaş ki, bu adam elə sona qədər ömürlük həbsdə qalıb
ölərdi, ancaq bu biabırçı mənzərəni: özünə, ətrafına, doğmalarına və onu
müdafiə edənlərə yaşatmazdı.
Bir daha şahid oldum ki, prinsipial və
cəsarətli mövqeyə bəzi obyektiv səbəblərə görə zamanında açıq dəstək
verilməsə də, hamı ürəyində düzün nə olduğunu bilir və vaxtı çatanda
sənə öz minnətdarlığını ifadə edir.
Sizcə, bundan sonra Şəmsi Səmədoğlu nə etməlidir?
Məhəmmədəli Qəribli, jurnalist