Site icon Qlobal.Net

Tanınmış həkim vəfat etdi – FOTO

1742810359 vefat

Uzun illər Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan akademik Z.Məmmədov adına xəstəxananın Oftalmoloji şöbəsində çalışan Tapdıq Məmmədov vəfat edib.

Qlobal.net xəbər verir ki, bu barədə Gəncə Şəhər Birləşmiş Xəstəxanası məlumat yayıb.

Bildirilib ki, Tapdıq Qara oğlu Məmmədov 1960-cı ildə Gəncə şəhərində anadan olub. 1983-cü ildən Oftalmoloji şöbədə fəaliyyət göstərib. 1998-2006-cı illərdə isə şöbənin müdiri vəzifəsində çalışıb.

Gəncə səhiyyəsində böyük xidmətləri olan Tapdıq Məmmədov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. (metbuat.az)

Exit mobile version