Tanınmış həkim sevgilisi ilə birlikdə həyat yoldaşını döydü
Tanınmış həkim-onkoloq İbrahim Əsədli öz həyat yoldaşı Aynur Əsədlini döyüb.
Qlobal.net “Unikal”a istinadla bildirir ki, hadisə paytaxtın Nizami rayonunda yerləşən “Loğmed” klinikasının qarşısında baş verib.
Belə ki, İbrahim Əsədli qeyri-rəsmi münasibətdə olduğu
Aynur adlı qadınla birlikdə və həyat yoldaşı Aynur Əsədli arasında
mübahisə yaşanıb. Daha sonra İ.Əsədli A.Əsədliyə qarşı şiddət göstərib.
Hadisədən sonra Aynur Əsədli Nizami Rayon Polis İdarəsinin
25-ci polis bölməsinə ərizə ilə müraciət edib. Artıq iş üzrə ekspertiza
təyin olunub.
Qeyd edək ki, döyülən qadın da həkimdir. Belə ki, Aynur Əsədli Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda çalışır.
Faktla bağlı araşdırma aparılır.