642520b174e96202303234001

Tanınmış bloger müqəddəs yerdə çılpaq poza verdi - Onu deportasiya gözləyir (FOTO)

Rusiyalı səyahət bloggeri Yuri Çilikin müqəddəs dağın fonunda çılpaq ombası ilə çəkdirdiyi fotoya görə Bali adasından deportasiya edilir.

Yuri Çilikin tanrılara qurban təqdim etmə mərasimindən keçmək məcburiyyətində qalacaq Rusiyalı səyahət bloggeri Yuri Çilikin İndoneziyalılar üçün müqəddəs dəyərini bilmədən Aqunq dağına çıxıb. İndi onun ən azı altı ay adaya girişi qadağan olunacaq.
Çilikin allahların qəzəbini yatışdırmaq üçün onlara təqdim etmə mərasimi keçirməyə məcbur olacaq. 

Yerli sakinlər baş vermiş hadisə ilə bağlı hakimiyyət orqanlarına şikayət edib, bloqqer bu yerin müqəddəsliyindən xəbərsiz olduğunu biıdirib.
"Bilsəydim, bunu etməzdim. Açığı, qalanın və gələcək planlarımın korlanmasını istəməzdim. Dəlixana kimi görünsə də, mən artıq buradan getmək istəyirəm".
İndi onun ən azı altı ay Baliyə girişi qadağan ediləcək - o, turist kimi qara siyahıya salınıb. 

Bali Hüquq və İnsan Haqları İdarəsinin rəhbəri Angiath Napitupulu: “O, davranış normalarını pozub və mədəniyyətimizə hörmətsizlik göstərib"- deyə bildirib. 

Rusiya KİV-i Mash qeyd edib ki, Çilikin yerli sakinlərdən hədələr alıb. 

"Yuri vulkanı təmizləmək üçün allahlara qurbanların təqdim edilməsi mərasimində iştirak etməyə, eləcə də ona maddi dəstək verməyə hazır idi. Kaş yerli sakinlər bunu bağışlayıb qəzəblənməsəydi”-deyə jurnalistlər bildiriblər.
Çilikin etiraf edib ki, Agung vulkanının simvolizminin təfsirini düzgün başa düşməyib: “Məni hər yerdə qınayırlar, bütün sosial şəbəkələri bağlayıram... Bu, kişiliyi təcəssüm etdirən Şiva tanrısının simvoludur. Tamaşaçıların diqqətini cəlb etmək üçün bir şəkil yerləşdirdim. Fikirləşdim ki, ara sakitləşəcək”.

Rusiyalı hüquqşünaslar qeyd ediblər ki, İndoneziya hakimiyyəti Çilikinin hərəkətlərini cinayət məsuliyyətinə cəlb edən kimi tanısa, Moskvaya hüquqi yardım üçün müraciət edə bilər. Ölkələr arasında buna uyğun müvafiq saziş bağlanılıb.
Rusiya qanunlarına görə, bloqqerin hərəkətləri “xırda xuliqanlıq” maddəsinə aiddir. Çilikin 500 rubldan 1000 rubla qədər cərimə və ya 15 gün müddətinə inzibati həbs edilə bilər. 

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında böyük müharibə başlayandan sonra on minlərlə rus Bali adasına qaçıb. Adanın hakimiyyət orqanları ruslara viza verilməsini məhdudlaşdırmaq barədə düşünür. 

Qeyd edək ki, Bali rəsmiləri öz növbəsində Ukrayna və Rusiyadan gələn turistlərdən şikayətləniblər. Rəsmilərin sözlərinə görə onlar adada iş tapmaq üçün tez-tez turist vizalarından sui-istifadə edirlər. (sfera.az)

30.03.2023 09:37
show 601