Tanınmış azərbaycanlı aktyorun vəziyyəti ağırdır – Süni tənəffüs aparatına qoşulub

Tanınmış azərbaycanlı aktyorun vəziyyəti ağırdır – Süni tənəffüs aparatına qoşulub

Süni tənəffüs dəstəyi ilə təmin olunan xəstənin vəziyyəti kritik ağır olaraq dəyərləndirilir.

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Dövlət Akademik Musiqili Teatrın aktyoru Möylə Mirzəliyev bir müddət əvvəl boyun fəqərələrində spinal stenoz diaqnozu ilə özəl tibb müəssisəsində transpedikulyar fiksasiya (implant) əməliyyatı olunub. Əməliyyat sonrası xəstədə yuxarı və aşağı ətrafların iflici qeydə alındığından uzun müddət özəl tibb müəssisəsinin Reanimasiya və intensiv terapiya şöbəsində müalicə alıb.

Bir neçə gün öncə Yeni Klinikada stasionar müalicəyə cəlb olunan xəstə ağırlaşma səbəbilə Reanimasiya şöbəsinə köçürülüb. Hazırda müalicəsi davam etdirilir.

myl mirzliyev Tanınmış azərbaycanlı aktyorun vəziyyəti ağırdır - Süni tənəffüs aparatına qoşulub

Related Articles

Bir cavab yazın

Back to top button