Tanınmış aparıcının oğlu evlənir – Görün kimlə

Aparıcı və prodüser Sayqa Cahid “Xəzər axşamı” verilişində ailəsindən danışıb.
Qlobal.net xəbər verir ki, o, oğlu Cahid və nişanlısı Nazəndən söz açıb.
Sayqa bildirib ki, cütlük bir-birini sosial şəbəkə vasitəsilə tanıyıb və bu tanışlıq sonradan ciddi münasibətə çevrilib.
26 yaşlı Cahid ailə həyatı qurmağa hazırlaşır. O, Nazəninlə yalnız şəxsi həyatda deyil, həm də peşə sahəsində birgə addımlar atır. Gənc cütlük birlikdə akademiya təsis edərək yaradıcılıq və təhsil istiqamətində ortaq layihələr həyata keçirməyə başlayıblar.
Sayqa Cahid oğlunun xoşbəxtliyindən qürur duyduğunu, onların həm ailə, həm də iş həyatında uğurlu olacağına inandığını bildirib.
Qeyd edək ki, bu gün aparıcının oğlunun toyudur.
Посмотреть эту публикацию в Instagram