63885b2442b1c202212224332
Tanınmış aparıcı TANINMAZ HALDA - VİDEO

Aparıcı Samirə Mustafayeva xarici görünüşündə dəyişiklik edib. 

Qlobal.net xəbər verir ki, o, qısa saçlarını uzatdıraraq açıq rəngə boyatdırıb. Aparıcı bu haqda sosial şəbəkədə bildirib. Samirə paylaşımına bunları da əlavə edib:

"Kəsim, rəng, lak, fendən bir müddət uzaq durmaq. Çıxış yolu: qaynaq... Uzun müddət ağ-sarı tona açıldığı üçün zədəli saçlarımı yalnız bu üsulla qoruya bilərəm. Qaynaq isə mənə görə təbii görünməlidir. Saçımın materialına və rənginə uyğun təbii buruq saç seçildi və bir neçə saata uzadıldı".

O, yeni imicdə olan fotolarını instaqram izləyiciləri ilə bölüşüb. Aparıcının görünüşü müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçilərinin bir qismi onun yeni imicini bəyənsə də, böyük əksəriyyəti Samirənin yeni saç düzümünü bəyənmədiyini, 10-15 yaş böyük göründüyünü bildiriblər.

Xatırladaq ki, Samirə Mustafayeva AzTV-də xəbər aparıcısıdır.


 


01.12.2022 11:42
358