Tanınmış teleaparıcı Nigar Mahmudova uzun illərdən sonra yenidən efirə qayıdıb.
Qlobal.net xəbər verir ki, bu barədə Xəzər TV-nin rəhbəri Murad Dadaşov sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, N.Mahmudova “Xəzər Xəbər”də aparıcılıq edəcək: Artıq bir müddətdir bizimlə birgə olan Nigar Mahmudova, bu gündən
xəbər spikeri kimi efirimizdə olacaq. İnkişaf xəttini özü üçün prioritet
seçən "Xəzər Media Mərkəzi" qarşınıza daima yeniliklərlə gələcək. Nigar
Mahmudovanı aramızda görməkdən çox məmnunuq və bərabər çıxdığımız yolda
Azərbaycan adına daima uğurlu işlərə imza atacağımıza inanırıq!”.
Qeyd edək ki, Nigar Mahmudova vaxtilə ANS TV-də çalışıb. O, daha sonra Türkiyədə yaşayıb.