"Yoldaşım məni əsəbləşdirdi deyə onu vurdum, bir də gördüm yerdədir".
Qlobal.net yenisabah.az-a istinadən xəbər verir ki, bu sözləri tanınmış aparıcı, telejurnalist Sayqa Cahid efirdə səsləndirib.
O, həmin anı belə xatırlayıb: "Mənə fiziki şiddət olunmayıb. Çünki mənim bir baxışım bəsdir ki, həmin adam özünü yığışdırsın. Mən tərəfdən isə bir dəfə və təsadüfən belə bir hal baş verib. Bu isə şiddət sayılmır. Yoldaşım bir dəfə məni əsəbləşdirdi. Hamilə vaxtlarım idi. O, çox arıq və balaca, mən isə daha kök idim. Əlimlə belə etdim, dedim bəsdir. Yoruldum. Mən nə bilim ki, bu rahat dayanıb və divara dəyib yerə yıxılacaq? Bir də gördüm yerdədir. Durub dedi ki, mənim sənlə işim yoxdur".
S.Cahid həyat yoldaşından mənəvi şiddət gördüyünü də bildirib: "Onun mənimlə heç bir zaman işi olmayıb. Mən həyat yoldaşımdan mənəvi şiddət, basqı görmüşəm. Elə şərtlər qoyulurdu, elə sözlər deyilirdi ki, bunu da şiddət adlandırmaq olar. Mən bir müddət dözdüm. Çünki deyilirdi ki, efirdə olan adamlar evlənmək xatirinə ərə gedib-boşanırlar. Bu sözlərə görə dözürdüm".