04.10.2021
12:15
331

Tanınmış aparıcı BDU-da işləməyə başladı

Loading...

Tanınmış jurnalist, İctimai TV-nin aparıcısı Fəxriyyə (Lilpar) İsayeva Bakı Dövlət Universitetində işləməyə başlayıb.

Day.Az Publika.az-a istinadən xəbər verir ki, o, universitetin Jurnalistika Fakültəsində Jurnalistin nitq mədəniyyətinin əsasları fənni üzrə pedaqoq kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, Fəxriyyə İsayeva 2005-ci ildən İctimai Televiziya və Radio Yayımları Şirkətində müəllif, aparıcı, redaktor vəzfələrində çalışıb. Bir sira bədii-publisistik verilişlərin, o cümlədən ədəbi-bədii verilişlərin yaradıcısı və aparıcısı olub. İctimai Televiziyada "Ovqat" veriliçinin aparıcısı olub. Müxəlif səpgili sənədli filmləri və bir sıra verilişləri kadrarxası səsləndirib. TRT-nin "Türkiyənin səsi" radiosunda "Dədə Qorqud" layihəsinin aparıcısı kimi çalışıb. Görkəmli ədiblərin həyat və yaradıcılıqlarını əks etdirən portret verilişlər və yaradıcılıq gecələrinin müəllifi və aparıcısı olub. O cümlədən İctimai Radioda uzun illər "Yeni gün", Radioalmanax", "Həmişə istirahətdə" , eyni zamanda qadın proqramının və bədii-əyləncəli verilişlərin müəllif və aparıcısı olub. 2013-cü ildə Azad Azərbaycan Tele-Radio Şirkətinin 106.3 Fm-də "Zərif bənd" Qadın proqramının müəllif və aparıcısı olub. 2015-ci ildən Lider Televiziyasında "Xəzərin sahilində" verilişinin müəllif və aparıcısı olub.

Loading...