6555d9c80bbd1202311235848
Tanınmış alimi maşınla vuran Azər Maqsudov imiş

Bakıda tanınmış alim Arif Acaloğlunun ölümü ilə nəticələnən yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb. 

Qlobal.net “Qafqazinfo”ya istinadən xəbər verir ki, dünən saat 23 radələrində Sabunçu rayonu ərazisində Bakı şəhər sakini Azər Spartak oğlu Maqsudov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini, 1956-cı il təvəllüdlü Arif Acaloğlunu vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən A.Acaloğlu orada ölüb. 

Faktla bağlı araşdırma aparılır. 

Məlumatı Bakı ŞBPİ-nin DYP İdarəsindən təsdiq ediblər. 

Qeyd edək ki, avtomobili idarə edən Azər Maqsudov Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiridir.

16.11.2023 12:58
show 637