Məşhur aktyor Köksal Engür vəfat edib.
Qlobal.net xəbər verir ki, ötən gün səhhəti pisləşən Köksal onun üçün çağırılan təcili tibbi yardım maşınında dünyasını dəyişib.
Engür Göztepe Medikal Park xəstəxanasına çatdırılanda artıq onun orqanizminin funksiyasını dayandırdığı məlum olub.
Bu barədə aktyorun yaxın dostu Cengiz Bozkurt məlumat yayıb. 76 yaşlı Engürün uzun müddətdir böyrək çatışmazlığından əziyyət çəkdiyi bildirilib.
Aktyor bu gün Karacaahmet qəbiristanlığında torpağa tapşırılacaq.
Xatırladaq ki, Köksal Engür sonuncu dəfə "Leyla ile Mecnun" serialının 4-cü mövsümündə rol almışdı.