Halil İbrahim Ceyhan məkanlardan birində sərxoş vəziyyətdə görüntülənib.
Aktyor sevgilisi Rüya Coriçlə restoranlardan birində vaxt keçirib. Məkandan çıxarkən jurnalistlərlə qarşılaşıb və gözlənilməz bir reaksiya göstərib.
Halil jurnalistlərə hücum edərək çəkilən görüntülərin silinməsini tələb edib:
"Çəkdiyiniz görüntüləri siləcəksiniz. Şəxsi həyatıma müdaxilə edə bilməzsiniz. Bu, mənim şəxsi həyatım və sosial həyatımla bağlıdır. Bu hörmətsizlikdir. Elə etməyin ki, başqalarına zəng edim..."
Qeyd edək ki, Halil İbrahim Ceyhan hazırda "Leyla: Hayat... Aşk... Adalet..." serialında rol alır./Milli.Az/