Tanınmış aktrisa ərə getmək üçün efirə çıxdı - VİDEO
Aktrisa Sonaxanım Əliyeva ikinci dəfə ailə qurmaq istəyir.
Qlobal.net xəbər verir ki, 49 yaşlı aktrisa bu səbəbdən
“Bizimləsən” verilişinə üz tutub. Canlı yayım zamanı Sonaxanımın qızı
Nərgiz proqrama zəng edərək anasının növbəti dəfə ailə qurması haqda
arzusunu dəstəklədiyini bildirib: “Çox istəyərəm ki, anam xoşbəxt olsun. O xoşbəxt olsa, mən də olaram.
Şəxsi həyatını qurmasını, yanında dəstəkçisinin, möhkəm dayağının
olmasını istərdim".
Sonaxanım ilk evliliyində həyat yoldaşının xəyanətiylə üzləşdiyini açıqlayıb: "Ailəmdə xəyanət olub, özü də başqa biriylə yox. Demək olar ki, evimin
içindəki şəxslə, qardaşımın baldızıyla. Bağışlanılmaz bir xəyanətdir,
amma hər şey artıq unudulub".
Axsam.az