“Talıbovun müavinindən ağlasığmaz addım: məktəbin həyətində…” – Sensasion məlumat
“Şərurdan mənə
çox maraqlı məlumat veriblər və xahiş ediblər ki, bunu mütləq
ictimailəşdirim. Bura mənim də oxuduğum Şərur şəhər 1 saylı orta
məktəbidir. Yerli sakinlərin dediyinə görə, uzun müddət Naxçıvan Ali
Məclisi sədrinin birinci müavini olmuş, hazırda isə sədrin
səlahiyyətlərini icra edən Azər Zeynalov bu məktəbin stadionunu və idman
zalının olduğu ərazini zəbt edərək, orada özünə və qayınına villa
tikdirib.
Bu sözləri jurnalist Məhəmmədəli Qəribli qeyd edib.
“Bir
hissəsini isə baha qiymətə başqa adamlara satıb. Mən Naxçıvana çox
az-az gedirəm. Doğrusu, bu fakt diqqətimi çəkməyib. Elə bilirdim ki,
əsaslı təmirdən sonra məktəbin stadionunun yerini dəyişiblər. Yerli
sakinlər isə orada hökm sürən sərt ab-havaya görə qorxudan susublar.
Həmin
stadionda bizim uşaqlığımız keçib. Bu məktəbin idman infrastrukturu
Azərbaycana çox adlı-sanlı, dünya, Avropa çempionları olan tanınmış
idmançıları bəxş edib. Adam necə bu nalayiq addımı ata bilər? Şərur
şəhər 1 saylı məktəb həm də “rus məktəbi” kimi tanınıb. Məktəbdə iki
dildə yüksək səviyyəli tədris verilib.
Azər Zeynalovun dədə-baba
evi məktəbin yanında olub, özü də bu məktəbdə oxuyub. Bir şəxs özünün də
unudulmaz xatirələrinin olduğu bir ərazini necə qəsb edə bilər? Mənə
söz veriblər ki, həmin ərazinin və orada tikilən evlərin fotolarını da
göndərəcəklər. Mütləq ictimailəşdirəcəm ki, bu yaramaz hərəkətlə hamı
tanış olsun. Şərur sakinləri, Azər Zeynalovdan 4 hektardan ibarət zəbt
edilmiş həmin ərazini yenidən məktəbin balansına qaytarmasını tələb
edirlər”, – o bildirib. (Globalinfo.az)