Talıbovların müğənnilərə xərclədiyi milyonlar... — Çirkli pullardan Damlaya, Nəfəsə, Türkana nə qədər “pay” düşüb?
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun
istefasından sonra onun və övladlarının gələcək taleyinin necə olacağı
ilə bağlı ortaya çıxmış suallar hələlik konkret cavablarını tapmayıb.
Lakin mətbuata ayaq açan məlumatlar Talıbovların qara günlərinin hələ
qarşıda olduğunu ehtimal etməyə əsas yaradır.Naxçıvandan
gələn xəbərlər, Talıbovların malik olduğu səltənətin ayrı-ayrı
elementləri barədə yazılar, fotolar və videomateriallardan görünən odur
ki, “cənab sədr” və onun övladlarının bu illər ərzində topladığı
sərvətin miqdarı milyardlarla ölçülür. “Seymur Talıbov ölkədən çıxışına
imkan verilmədi”, “Talıbovların İsveçrə bankında hesabları aşkarlandı”,
“Vasif Talıbovun övladlarının müğənnilərə bağışladığı malikanələrin
fotosu yayıldı”, “Naxçıvanda taksi sürücülərinə 17 minlik avtomobillər
35 min manata satılıb”, “Talıbovlara məxsus şirkətlər vasitəsi ilə külli
miqdarda qara pullar “yuyulub”, “Vasif Talıbovun şirkətlərində maliyyə
yoxlamaları aparılır” və sairə kimi başlıqlı xəbərlər hər halda Ali
Məclisin sabiq sədrinin təkcə istefa ilə canını qurtara bilməyəcəyindən
xəbər verir.
Məlumatlı
şəxslərin iddiasına görə, hələ ictimaiyyətə açıqlanmayan tükürpədici
faktlar var ki, onlar da tədricən gün üzünə çıxarılacaq və nəticədə
Talıbovların dövlətə vurduğu zərərin miqdarı barədə daha aydın
təsəvvürlər yaranacaq. Eyni zamanda, Naxçıvan əhalisinin Dövlətdən
narazı salınmasına xidmət edən davranışlar, eləcə də ağlasığmaz
qadağalar barədə daha dəqiq və ətraflı məlumatların da çeşidlənəcəyi
gözlənilir.
Hazırda
dolaşan məlumatlardan bir də Talıbovlara məxsus daşınan və daşınmaz
əmlakın, şirkət və obyektlərin, eləcə də avtomobillərin dəqiq
siyahısının müəyyənləşdiririlməsi ilə bağlıdır. Bu isə Talıbovların
qanunsuz yolla formalaşdırılımış varidatının Dövlətin nəfinə
veriləcəyini göstərir.
Məlumatlara
görə, Vasif Talıbovun övladları Azərbaycan müğənnilərinin bir çoxuna
bahalı hədiyyələr verib, böyük ölçüdə “qonorarlar” ayırıblar. Onların
sırasında Aygün Kazımova, Röya Ayxan, Damla, Nəfəs, Vəfa Şərifova və
digərlərinin adı çəkilir. Talıbovların “səxavətindən” yararlanan
türkiyəli müğənnilər də var. Demet Akalın, Hande Yener konkret olaraq
Seymur Talıbov tərəfindən böyük məbləğdə pul və bahalı hədiyyələrlə
mükafatlandırılıblar.
Məlumatlarda
qeyd olunur ki, Talıbovların xərcləmələri ən xırda detala qədər
araşdırılır. Çox güman ki, müğənnilər də sorğu-suala çəkilərək, “Nə
qədər alımsız, harada və hansı şəkildə” kimi suallara cavab verməli
olacaqlar. (missiya.az)