66ac704a2093e202408243610

Talıbov türk biznesmenin nələrini əlindən alıb - ŞOK SİYAHI

Türkiyəli iş adamı Ali Sərdar Oba Naxçıvan Muxtar Respublikası Ali Məclisini məhkəməyə verib. “Qaynarinfo”nun məlumatına görə, onun iddiasına Naxçıvan MR İnzibati Məhkəməsində baxılacaq. 

Məhkəmə işi inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrlə bağlıdır. Məlum olub ki, Ali Obanın Ali Məclisin indiki rəhbərliyi ilə heç bir problemi yoxdur. Onun problemi Ali Məclisin keçmiş sədri Vasif Talıbovladır. İş adamının 2022-ci ildə Vasif Talıbovla bağlı Dövlət Təhlükəsizlik Xidmətinə şikayət etməsi bu məlumatın əsassız olmadığını ortaya qoyur. Ali Oba şikayətini Türkiyənin muxtar respublikadakı konsulluğu vasitəsilə edib. Bu barədə mediada da məlumat yayılıb. 

Türkiyəli iş adamının iddialarına görə, 2015-ci ildən Vasif Talıbov tərəfindən onun biznesinə əl qoyulub. Ali Obanın sözlərinə görə, 2 milyon pul yatırdığı Ordubad Parğaçay Mədən Ocağı, Şərur rayonunun Gümüşlü kəndində 400 min manatlıq balıq vətəgəsi və digər biznes obyektləri əlindən alıb. Bütün bunları şikayətində qeyd edən iş adamı hətta həyatına təhlükə olduğunu da bildirib.   turbo az mercedes

Hələ 2022-ci ilin dekabrında Ali Obanın mətbuatda şikayət mətni yayılmışdı. Ali Oba yazırdı ki, 2007-ci ildən “Oba Qrup” MMC adı ilə fəaliyyət göstərən şirkət yaradıb, istehsal, ticarət, turizm sahələrində xidmət edib: “Ancaq 2015-ci ildə bütün mal varlığımız və yatırımlarımız Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun təlimatı ilə əlimizdən alınıb.

Əlimdən alınanlar:

Ordubad, Parağaçay mədən ocağı. 5 ildə 2 min metr dərinlikdə çalışdıq. Xərcim 2 milyon 48 min dollar;

Sərur, Gümüşlüdə Arpacay balıqçılıq. İldə 1000 ton civarında balıq ciftliyi qurdum. Əlimizdən aldılar. Xərcim: 413 min dollar

Metro-turizm ilə 2015-20-ci illər üçün 5 illik sistem qurdum. Əlimizdən zorla aldılar. Məsrəf - 105 min dollar.

Plastik tullantıların istehsalı müəssisəsi. Əlimizdən alındı. Məhkəmə yolu ilə avadanlıqlarımızı geri aldıq, ancaq fabrikdə istehsal olunmuş 91 min 600 dollar dəyərində malımızı qəsb edib, satdıqları üçün pulumuzu ala bilmədik. Sərmayəmizi almadığımız və deport olduğum səbəbindən 6 ildir avadanlığımızı işlədə bilmirik. Bu üzdən zərərim 300 min dollar.

Haqqımı tələb etdiyim üçün müxtəlif bəhanələrlə 5 illik deport edildim, ailəmdən, uşaqlarımdan ayrılmağa məcbur oldum.

Bunun nəticəsində ailəm dağıldı, 3 övladım atasız qaldı.

Vasif Talıbovdan şikayətçi olduğum üçün məhkəmələrdə mənə düşmən münasibəti göstərdilər. Məhkəməyə məni dustaq maşınında aparıb-gətirdilər. Şəxsiyyətimi alçaltmaq üçün hər iş gördülər.

Vasif Talibovun cinayətlərini məhkəmədə sübut etdiyim üçün 18.03.2020-ci il tarixində məni öldürmək istədilər. Naxçıvandakı dövlət qurumlarına güvənim yoxdur". 

Ali Oba yazırdı ki, əgər mal-mülkü əlindən alınmasaydı, ən azı 10 milyon dollar qazanacaqdı. O qeyd edirdi ki, 15 ildə bütün qurduğum iş yerləri Vasif Talıbovun göstərişi ilə əlindən alınıb. Həmçinin iddialarını sübut edəcək bütün sənədlərinin olduğunu da diqqətə çatdırırdı. 

“Vasif Talıbovun mənə verdiyi zərərlərin araşdırılmasını və mənə verilən ziyanın ödənməsi üçün lazım olan işərin görülməsini rica edirəm”, - deyə Ali Oba müraciətini tamamlayırdı.

Ali Oba  şikayət ərizəsində başda Vasif Talıbov və onun haqqını yeyən bütün məmurların cəzalandırılmasını tələb edir. Naxçıvanda ona qarşı törədilən çeşidli cinayətlərin araşdırılmasını, Talıbovların cəzalandırılmasını, ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsini istəyir. (yenisabah.az)

02.08.2024 09:34
show 323