Taleh Qaraşovdan qardaşının ölümü ilə bağlı açıqlama
Xəbər
verdiyimiz kimi, dünən axşam saatlarında Kürdəmir rayonunun Pirəköcə
kəndində Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun
qardaşı, 48 yaşlı Azər Qaraşov odlu silahdan atəş açaraq intihar edib.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Manset.az-a açıqlamasında qardaşının intihar etmədiyini bildiyib: "Qardaşımın heç bir problemi yox idi. Bu hadisə sırf ehtiyatsızlıq
səbəbindən baş verib. Onun nə problemi ola bilərdi? Kürdəmirdə evdə
silah təmizləyəndə ehtiyatsızlıqdan atəş açılıb. Yazırlar ki,
kalaşnikovla özünü güllələyib, belə şey yoxdur. Əlində ov tüfəngi olub,
məsələ araşdırılır”.
Qeyd edək ki, A.Qaraşov Kürdəmirdə müxtəlif vəzifələrdə, son olaraq
isə Kürdəmir Rayon Mədəniyyət İdarəsində çalışıb. Baş Prokurorluq
intihar hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə
həddinə çatdırma) maddəsi ilə işin başlandığını açıqlayıb.