Son vaxtlar taksi qiymətlərində artım müşahidə olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyevin "Taksi qiymətləri birmənalı şəkildə qalxacaq" açıqlaması və taksi fəaliyyəti ilə bağlı yeni dövlət rüsumlarının təyin edilməsi sosial şəbəkələrdə də müzakirə mövzusu olub. Qanuna dəyişikliyin tətbiqi oktyabrın 1-dən gözlənilsə də, bu qərar taksi xidmətlərinin qiymətinə indidən təsir edib.
"Xəbər Ertəsi"nin əməkdaşları taksi xidmətindən yararlananlar arasında sorğu keçirib.
Məlum olub ki, bahalaşmanı hiss edənlər yalnız xanım sərnişinlərdir.
Kişilər isə qiymət artımına çox diqqət etmədiklərini, əksinə, artımın normal olduğunu bildiriblər.
Taksi sürücüləri də xidmətlərdə müəyyən qədər bahalaşma olduğunu təsdiqləyiblər.
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, bəzi sərnişinlər narazı olsa da, mövcud vəziyyət normal qəbul edilməlidir.
Ekspertlər qiymətlərin tədricən bir az da artacağını proqnozlaşdırırlar.
Mövzu ilə bağlı "Xəbər Ertəsi"nin hazırladığı videomaterialı təqdim edirik.