Taksi sürücülərini sevindirəcək xəbər: Bakıda pulsuz...
Paytaxtın 20 Yanvar dairəsi, "Şamaxinka” adlanan ərazi, 3-cü
mikrorayon dairəsi və avtovağzalın ətrafında fəaliyyət göstərən və
pərakəndə şəkildə rayonlara sərnişin daşıyan minik taksilər üçün Bakı
Beynəxalq Avtovağzal Kompleksində ödənişsiz duracaq yeri təşkil edilib.Bu barədə BAKU.WS-ə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev məlumat verib.
O bildirib ki, taksi fəaliyyəti ilə məşğul olan daşıyıcıların vahid
mərkəzə cəlb edilməsi, vətəndaş məmnunluğu və təhlükəsizliyi, müxtəlif
ərazilərdə tıxacların azaldılması üçün sürücü və sərnişinlərin belə
duracaqlarından istifadəsi zəruridir.