6741bbf639ac8202411242646

Taksi qonağı hava limanından 139 manata gətirdi - DİN hərəkətə keçdi

Bakıda COP29-da iştirak etmək üçün Afrikadan gələn əcnəbi qonağı taksi sürücüsü aldadıb.

Qlobal.net xəbər verir ki, bu barədə “Caliber” məlumat yayıb.

Bildirilib ki, Bakı Beynəlxalq Hava Limanından paytaxtın mərkəzinə gediş Afrika təmsilçisinə 139 manata başa gəlib.

Azərbaycanın Daxili İşlər Nazirliyi Burundidən olan qonağın şikayətinə operativ reaksiya verərək, iki saat ərzində taksi sürücüsünü saxlayıb. Pul isə şikayətçiyə geri qaytarılıb.

Faktla bağlı araşdırma aparılır.

23.11.2024 15:23
show 150