Cəmiyyət

Sizə axirətə qədər halallıq verməyəcəm – Tahir İmanovdan SƏRT AÇIQLAMA

Əməkdar artist Tahir İmanov qardaşı Cabir İmanovun ölümündən sonra ilk dəfə açıqlama yayıb.

Qlobal.net xəbər verir ki, bu barədə “Planet Parni İz Baku”nun səhifəsində paylaşım edilib.

O, qardaşının ölümündən sonra sosial şəbəkələrdə aktyorun dini mənsubiyyəti ilə bağlı yayılan iddialara cavab verib:

“Birincisi, bu kimi mövzuları qabardan insanlar birliyə böyük zərbə vurur. Digəri isə dinə olan mənsubluq hər bir insanın şəxsi işidir. Üçüncüsü ən vacibi isə odur ki, bu çox böyük günahdır. Çünki siz ölünün dalınca qeybət edirsiniz”.

Aktyor cənazə mərasimində jurnalistlərə qoyulan çəkiliş qadağası ilə bağlı da danışıb:

“Dedim ki, halallıq vermirik. Bu məsələni şişirtdiniz. Qəbiristanlığa gedəndə dedim ki, təkcə kişilər gedir. Bu bizim adətimizdir. Gəlib gördüm ki, yalandan başlarını bağlayan jurnalist xanımlar hansısa yüksəklikdə durub ki, qəbiri çəksinlər. Bu nə adətdir? Babalarınızın, nənələrinizin dəfni vaxtı video çəkilib? Ayıb deyil?”

Ətraflı videomaterialda:

 

Related Articles

Bir cavab yazın

Back to top button