"Planet Parni iz Baku" KVN teatrının bədii rəhbəri, Azərbaycanın Əməkdar artisti Tahir İmanov deputat Fəzail Ağamalının "İmkan edib, təzə meyvələrdən ala bilmədim" açıqlamasına ironik yanaşıb.
Qlobal.net oxu.az-a istinadən xəbər verir ki, Tahir İmanov deputatı parodiya edərək sosial şəbəkədə video yayımlayıb.
Əməkdar artist videoda deputatı ələ salaraq telefon zənglərini cavablayırmış kimi yamsılayıb. Gələn zənglərdə ona ünvanlanan sualları cavablayaraq: "Bentley" alırsan? Neçəyədir? 250 min? Yaxşı, al" desə də, bir digər zəngdə isə "başın xarab olub, 8 manata gilas olar?! Mənə 8 manata gilas lazım deyil. Məni bankrot etmək istəyirlər", - deyərək lağa qoyub.
Sözügedən görüntüləri təqdim edirik: