Tacirdən Elxana SƏRT CAVAB: Çıxmışam da, girmişəm də…

Müğənni Tacir Şahmalıoğlu musiqiçi və yazıçı Elxan Qaraxanoğluna sərt ismarıc göndərib.
Qlobal.net xəbər verir ki, E. Qaraxanoğlunun Taciri musiqinin ana xəttindən çıxmaqda günahlandırması onu özündən çıxarıb.
“Tarixin bir günü” verilişində çıxış edən Tacir Elxana cavab verib:
“Elxan, o Qaraxan sözü sənə çoxdur. Sən onu daşıma, Elxanla kifayətlən. Mən səni qabağıma qoyub musiqi ilə danlayaram. Sən bilmirsən musiqi nədir. Sən bilmirsən Qara Qarayev, Emin Sabitoğlu kimdir, “Qarabağ şikəstəsi” nədir. Sən musiqidə ana xətdən çıxmaq olmaz deyirsən. Niyə çıxmaq olmur? Mən oxuduğum “Bayatı Şiraz”da çıxmışam da, girmişəm də. Sadəcə oxumaq tərzin olmalıdır. Oxuya bilməlisən”.
Daha ətraflı videoda:
@sancag.xeber Müğənni Tacir Şahmalıoğlu Elxan Qaraxanoğluna sərt ismarıclar göndırdi:
♬ orijinal ses – sancag.xeber