661f4ec6ac88b202404242334
Tacir Şahmalıoğlunun toy görüntüləri - VİDEO

Müğənni Tacir Şahmalıoğlunun toy görüntüləri üzə çıxıb.

Qlobal.net axsam.az-a istinadən xəbər verir ki, sözügedən kadrlar "7 Tamam" proqramında nümayiş olunub.

Arxiv kadrlar 1995-ci il dekabrın 17-də sənətçinin ikinci həyat yoldaşı Kəmalə xanımla özəl günündə lentə alınıb.

Qeyd edək ki, Tacir Şahmalıoğlu ilk dəfə 1989-cu ildə ailə qurub. Bir il sonra isə sənətçi həyat yoldaşından boşanıb. Onun ikinci evliliyindən 3 övladı var.


17.04.2024 08:20
show 441