Tac Mahal: Ölümsüz sevgi abidəsi

Tac Mahal: Ölümsüz sevgi abidəsi

Dünyanın 7 möcüzəsindən biri seçilən Tac Mahalı bu illər ərzində yüz minlərlə turist ziyarət edib. Ancaq gələn turistlərin nə qədərinin Tac Mahalın kədərli hekayəsindən xəbərdardır?

Qlobal.net xatırladır ki, İran əsilli şahzadə Mümtaz Mahal (əsl adı Əncüment) gələcək imperator Şahzadə Khurram (Şah Cahan) ilə 15 yaşında nişanlanıb, 5 il sonra isə evlənib. Cahangir imperator olduqdan sonra gəlininə “Mümtaz Mahal” ləqəbini verib. Cütlük xoşbəxt evlilikləri boyunca 14 övlad dünyaya gətirib, lakin yalnız 7-si sağ qalıb.

Şah Cahan atasının ölümündən sonra taxta çıxıb və 31 illik sülh dövrü başlayıb. Lakin 1631-ci ildə Mümtaz Mahal doğuş zamanı vəfat edib. Bu itki Şah Cahanı dərin yasa salıb. Musiqini qadağan edib, yas paltarları geyinib və imperiyanı önəmsəmədiyini deyib. Sevgisini əbədiləşdirmək üçün Yamuna çayı sahilində Tac Mahalın inşasına başlayıb.

İstanbuldan gətirilən memar İsa Əfəndinin rəhbərliyi ilə 1632-ci ildə başlayan tikinti 22 ilə tamamlanıb. Rəngarəng qiymətli daşlarla bəzədilmiş Tac Mahalın iç və çöl divarlarına Yasin surəsi həkk olunub. Türbənin minarələri zəlzələyə qarşı əyilmiş formada tikilib.

Şah Cahan özünə qara mərmərdən bir məqbərə tikdirmək istəsə də, oğlu Evrengzib xəzinə xərclərini əsas gətirərək onu taxtdan salıb və Aqra qalasında həbs edib. Şah Cahan həyatının qalan illərini Tac Mahalı seyr edərək keçirib. Öldükdən sonra sevdiyi qadının yanında dəfn olunub və əbədiyyətə qovuşublar.

Tac Mahal gün ərzində fərqli rənglərə bürünür—sübh çəhrayı, gündüz ağ, gecə isə qızılı rəng alır. Bu, əfsanəyə görə, Mümtaz Mahalın dəyişkən duyğularını əks etdirir.
Səbinə
Qlobal.net

Related Articles

Bir cavab yazın

Back to top button