Naxçıvanda sürücünün ürəyinin tutması nəticəsində zəncirvari qəza baş verib.
Qlobal.net xəbər verir ki, hadisə Naxçıvan-Şahbuz magistral yolunun 1-ci kilometrliyində, Dilqəm Pişəvari küçəsində qeydə alınıb.
Sürücü Naxçıvan şəhər sakini, 1953-cü il təvəllüdlü Məmmədov Namiq Qəzənfər oğlunun sükan arxasında ürəyi tutub.
Nəticədə avtomobil idarəetmədən çıxaraq qəza törədib.
Qəza zamanı "Mercedes", "Hyundai" və "Chevrolet" markalı avtobillər toqquşub. Ürəyi tutan sürücü Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır./APA