"Sürücülük vəsiqələri sınaq müddəti çərçivəsində veriləcək və sürücü bu mərhələdən uğurla keçməsə də qısa müddətdə ərzində kobud qayda pozuntusuna yol versə, onun idarə etmə hüququ məhdudlaşdırılacaq".
Qlobal.net xəbər verir ki, bu sözləri "Operativ Media”ya açıqlamasında yol nəqiliyyat eksperti Elməddin Muradlı deyib.
O qeyd edib ki, sürücü üçün bir çox tələblər ortaya qoyulacaq, psixoloji müayinələrə göndəriləcək: "Azərbaycan Respublikasının qanunvericiliyində təcrübəsiz sürücülər üçün "Yol Hərəkəti Haqqında” qanunda "təcrübəsiz sürücu” nişanı var, təssüflər olsun ki, bir çox sürücünün bu nişandan xəbəri yoxdur. Belədir ki, sürücü olmaq istəyən şəxs təlim mərkəzinə getməlidir və nəzəri təcrübə biliklərini artırdıqdan sonra imtahan verməlidir.
Bu proseslər bitdikdən sonra sürücü qanunvericiliyə əsasən sürücülük vəsiqəsi əldə edir və idarə etmə qabiliyyətinə malik olur.
Məndə olan məlumata görə, təcrübəsiz sürücülərin sınaq mərhələsi layihəsi təşkil olunacaq. "Yəni sürücülük vəsiqəsini aldım, artıq istədiyim formada avtomobil idarə edə bilərəm” fikiri olmayacaq. Sürücülük vəsiqələri sınaq müddəti çərçivəsində veriləcək və sürücü bu mərhələdən uğurla keçməsə, qısa müddət ərzində kobud qayda pozuntusuna yol versə, onun idarə etmə hüququ məhdudlaşdırılacaq. Sürücü üçün bir çox tələblər ortaya qoyulacaq, psixoloji müayinələrə göndəriləcək.
Qeyd etmək istəyirəm ki, bu vəsiqə adi kağız parçası deyil, onu qorumaq lazımdır. Sürücü o zaman idarə etmə hüququndan uzaqlaşdırıla bilər ki, dəfələrlə yol qəzası törətsin, bir neçə şəxsin ölümünə səbəb olsun, 10 ildən çox məhkumluq həyatı yaşasın. Buna da təbii ki, məhkəmə qərar verə bilər.
Yol hərəkəti qaydalarına əsasən, yeni sürücülərin idarə etmə bacarıqları olmadığı tədqirdə müəyən məhdudiyyətlər tətbiq olunacaq.
Əks halda bir il idarəetmədən uzaqlaşdırılacaq, bir neçə proses keçdikdən sonra yenidən imtahan verəcək. Bu, sürücüləri bir növ daha diqqətli olmağa məcbur edir. Almaniya təcrübəsində gözəl bir qayda var, bəzi ölkələrdə bu qaydanı tətbiq edir.
Qırmızı işıqdan 2 dəfə keçən insanı pisxoloq yanına göndərirlər ki, o insan normal deyil, amma bizdə hər kəs qırmızı işıqdan asanlıqla keçə bilir, bu taksi olsun istər motosiklet, velosiped sürücüsü qırmızı işığı saymırlar. İrad bildirəndə də deyirlər "nə olsun qırmızı işıqdır da, sağı, solu gözlədim, keçdim".