Sürücülərin nəzərinə: Qaydalar dəyişir - VİDEO
Minik
avtomobillərinin sürücüləri motosiklet, moped və bu kimi nəqliyyat
vasitələrini idarə edənlərin əlindən təngə gəldiklərini deyirlər.
Onlar həmin nəqliyyat vasitələrinin əksər sürücülərinin harada gəldi, necə gəldi qayda pozduqlarını bildirirlər.
Xüsusilə
də paytaxt Bakıda gündən-günə artan moped və motosiklet sürücüləri isə
tam əksini düşünürlər. Onlar günahın əsasən avtomobil sürücülərində
olduğunu deyirlər.
Əsasən
şəhərdaxili çatdırılma xidmətində istifadə olunan bu nəqliyyat
vasitələrinin bir çoxu nömrəsiz idarə edilir. Bu isə qayda pozuntusu
zamanı onların qeydə alınmasını çətinləşdirir.
Amma bu problemin həlli üçün "Yol hərəkəti haqqında" qanuna dəyşiklik edilməsi nəzərdə tutulur.
Mövzu
ilə bağlı danışan ekspert Elməddin Muradlı "Xəzər Xəbər"ə deyib ki,
maksimal sürəti 50 km/saat-dan çox olan nəqliyyat vasitələrinin
qeydiyyata alınması və dövlət qeydiyyat nişanı ilə təmin edilməsi təklif
olunur.
Təklif
edilən digər bir dəyişiklik isə dayanma-durmaya görə yazılan
cərimələrlə bağlıdır. Dayanma və ya durma qaydalarının pozulması
hallarının foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki
vasitələrlə qeydə alınması təklif edilir. Təklif qəbul edilərsə, indiyə
qədər müəyyən mübahisə yaradan BNA-nın yazdığı cərimələr qanunda tam
əksini tapmış olacaq.
İlk oxunuşdan keçən dəyişiklik təklifləri Milli
Məclisin plenar iclasına tövsiyə olunub.