avtomobil

Sürücülərin nəzərinə! - Ehtiyat hissələri yenidən BAHALAŞACAQ

Azərbaycanda avtomobillər üçün ehtiyat hissələri və mühərrik yağlarının bahalaşdığı bildirilir.

Ekspertlər səbəbi Ukraynada baş verən hadisələrdən dolayı son aylar qeyri-ərzaq məhsullarının qiymətlərindəki ciddi dəyişikliklərlə əlaqələndirirlər. 

Bəs, növbəti aylarda vəziyyət necə olacaq?

Qlobal.netxəbər verir ki, nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Vəliyev Bizim.Media-ya açıqlamasında səbəbi dünya bazarında xammalın və neftin qiymətinin yüksəlməsi ilə izah edib:

“Bura daşınma qiymətlərini də əlavə etmək olar. Hər iki kvartaldan, yəni 6 aydan bir avtomobillər üçün ehtiyat hissələrinin qiymətində artım təxminən 2 faiz olur. Lakin mənim müşahidələrimə görə Azərbaycandakı rəsmi avtomobil servis mərkəzlərindəki ehtiyat hissələrinin qiymətləri bu mövsümdə yüksəlməyib. Son qiymət artımı aprel ayında baş verib. İndiki dövrdə hələ ki ehtiyat hissələrində qiymət artımı olmayıb”.

Ekspert mühərrik yağlarının bahalaşması məsələsinə də toxunub. O, qeyd edib ki, neft qiymətləri yüksəldikcə, neftdən istehsal olunan əmtəə də bahalaşır:

“Düşünürəm ki, qarşıdakı aylarda, konkret desək, ilin sonunda həm ehtiyat hissələri, həm də mühərrik yağlarının qiymətləri 2 faiz yüksələcək”.

17.10.2022 14:49
show 311