641eead30f909202303233635

Sürücülərin DİQQƏTİNƏ! Bu yollarda sürət həddini keçsəniz, CƏRİMƏLƏNƏCƏKSİNİZ!

Bakının əsas prospektlərindən sayılan Heydər Əliyev prospektində sürət həddi endirilib. 

Qlobal.net xəbər verir ki, sürət yolun 110 km/saatlıq hissəsində 90 km/saat, 90 km/saatlıq hissədə isə 70 km/saat olaraq dəyişdirilib. 

Qeyd edək ki, bir neçə gün öncə Bakı Nəqliyyat Agentliyinin sədri Vüsal Kərimli paytaxt ərazisində yol nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə 14 yolda sürət hədlərinin endirilməsi ilə bağlı təkliflər hazırlandığını açıqlamışdı. 

Heydər Əliyev prospektindən sonra mərhələli şəkildə digər küçə və prospektlərdə də sürət həddinin endirilməsinə dair müvafiq yol nişanları quraşdırılması nəzərdə tutulub.

25.03.2023 16:35
show 322