674ab3c554356202411244213

SÜRÜCÜLƏRƏ XƏBƏRDARLIQ - Bunu etməyin, avtomobil üçün TƏHLÜKƏLİDİR!

Sürücülərin bir çoxu nəqliyyat vasitələrində Aİ-92 benzinlə Aİ-95 markalı benzini qarşıdırıb istifadə edir. Bunu bəziləri “Premium” benzinin qiymətinin baha olması səbəbindən etsə də, əksər sürücülər nəqliyyat vasitəsinin daha sürətli və çevik hərəkəti üçün edir. Lakin bu avtomobillərin mühərrik sazlığına və yanacaq ötürücüsünə ciddi ziyan vurur. Nəzərə almaq lazımdır ki, sözügedən benzin növləri arasında oktan fərqi xeyli çoxdur. 

Yenisabah.az yanacaqları qarışdırmağın nəqliyyat vasitələri üçün yaratdığı fəsadları araşdırıb.

Əvvəlcə onu qeyd edək ki, aşağı oktanlı (Aİ-92) benzini yüksək oktanlı benzinə qarışdırdıqda detanasiya baş verir. Bu isə maşınların mühərriki üçün olduqca zərərlidir. Dİgər tərəfdən, Aİ-92 benzin digərlərinə nisbətən daha ağır benzindir və bu benzinlərin həm sıxlıqları, həm özlülükləri, həm alışma temperaturları bütün fiziki parametrləri bir-birindən fərqlənir. Yəni sürücülər bunları qarışdıran zaman onun oktan ədədi də dəyişir. 

Fərqli oktanlı yanacaqları qarışdıran zaman isə nəqliyyat vasitəsinə ciddi ziyan dəyə bilər. Qatqılı yanacaqdan istifadə avtomobilin gücünü azaldır, mühərrik daxili normadan artıq qızır və ondan çıxan tullantı qazlarında zərərli maddələrin miqdarı artır. Bu da o deməkdir ki,  sürücü benzinin keyfiyyətini azaltmaqla qənaət etdiyi pulları bir müddət sonra mühərrikin təmiri üçün xərcləməli olacaq. 

Bu gün bazarda müxtəlif yanacaq qatqıları var. Mənşəyi məlum olmayan qatqılardan istifadə etməkdənsə, etməmək daha yaxşıdır. Lakin bu gün bazarda laboratoriyalarda hazırlanma prosesini gördüyümüz yanacaq qatqıları da var ki, sürücülər məhz bu mayelərdən istifadə etsələr, daha yaxşı olar.

30.11.2024 12:14
show 404