19.05.2021
12:40
67

Sürücüdən “20 Yanvar”da taksiyə minən xanıma əxlaqsızlıq TƏKLİF

Loading...

Bakıda taksi sürücüsü müştərisi olan qadına qarşı əxlaqsız təklif edib.

Oxu.Az-ın məlumatına görə, bu barədə qadının özü sosial şəbəkələrdə məlumat yayıb.

Onun sözlərinə görə, axşam saatlarında işdən çıxıb, metronun “20 Yanvar” stansiyasının yaxınlığında taksiyə əyləşib:

“Məni və qoca kişini müştəri kimi götürdü və qeyd etdi ki, kişini “Şamaxinka”da düşürüb geri qayıdacaq, yerinə başqa adamlar yığıb və yoluna davam edəcək. “Şamaxinka”da kişi maşından düşdü və ikimiz qaldıq. “İnşaatçılar”dan xüsusi sifarişlə müştəri götürəcəyini dedi. Məni “Qurd Qapısı” adlanan əraziyə apardı və içi dolu çanta götürüb qoydu baqaja, maşına isə heç kəs minmədi.

Təşvişə düşdüm, hara gedəcəyimizi soruşdum. Anamdan zəng gəlirdi, gecə olduğundan yolları ayırd edə bilmirdim. Suallar verməyə başladı, bir də baxdım ki, maksimum sürətlə “Sədərək” yolundayıq.

O, mənə əxlaqsız təklif edirdi. Həm də məni şantaj edirdi. Anama zəng edib, polisə məlumat verməsi üçün qışqırdım. Ancaq heç bir şey bu əclafa təsir etmədi. Səylərim nəticəsində heç bir şey olmadan məni metronun “20 Yanvar” stansiyasında düşürdü”.

O qeyd edib ki, hadisə barədə polisə müraciət edib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Oxu.Az-a bildirilib ki, hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Loading...