675856838b875202412245603

Suriyalı məşhur aktivistin həbsxanada meyiti tapıldı - VİDEO

Suriyanın dünyada ən məşhur aktivisti Mazen Hamadi rejimin həbsxanasında ölü tapılıb.


Qlobal.net xəbər verir ki, Mazen Hamadi 2012 ci ildə qardaşı oğulları ilə Dəməşq ətrafına 55 körpə üçün qida keçirməyə cəhd edərkən rejim qüvvələri tərəfindən həbs olunur.  Qardaşı oğulları öldürülür, özü isə işgəncələrə məruz qalır. İşgəncələr altında ona terrorçu olmasını, üsyançılara silah daşımasını boynuna alması tələb olunur, bundan imtina etdikdə olmayan işgəncələrə məruz qalır, cinsi təcavüzdən sonra bütün sənədlərə imza atmağa razı olur.


Bundan sonra onu "601 saylı qəssabxana" adı ilə məşhur olan xəstəxanada müalicə edirlər. Ona adını unutdurub, "1858" nömrəsini verirlər. Orada məhbusların döyülərək öldürüldüyünün, tualetlərdə yığılan cansız bədənlərin qalağının şahidi olur. Bunlara dözə bilməyən Hamadi həbsxanaya qaytarılması üçün xahiş edir.

2013-cü ildə azad olunur, amma 1 il 7 aylıq həbs dövründə fiziki və psixoloji travmalar alır, bir daha uşaq sahibi ola bilməyəcək dərəcədə xəsarət alır.

Azad olunandan sonra Hollandiyadan sığınacaq istəyir və ora gedir.

Mühacirətdə olarkən ölkəsində baş verənlərə görə özünü günahkar hiss edir və rejimin, Əsədin adamları ilə əlaqə yaradır. Özünün qurban verilməsi müqabilində başqalarının azad edilməsi şərtinə razılaşır və 23 fevral 2020-ci ildə vətəninə qayıdır və elə aeroporta daxil olan kimi həbs olunur. Həmin gündən o, itkin düşmüş hesab edilirdi.

Dünən həbsxanada işgəncələr altında ölmüş cansız bədəni tapılıb.

Azadlıqda olarkən həbsxanada baş verənlər barədə danışıb. Onun müsahibəsinə bu linkdə baxa bilərsiniz.

10.12.2024 18:02
show 490