Suriyada devrilmiş Əsəd rejiminin işgəncələri ilə tanınan və paytaxt Dəməşqdə yerləşən Sednaya Həbsxanasına daxil olan müxalif qruplar məhbusları azad edib.
Qlobal.net bildirir ki, müxaliflər həbsxananın yer altında da mərtəbələrinin olduğunu aşkarlayıb və oradakı məhkumları da xilas etmək üçün işlərə başlayıb.
İşgəncələri ilə ad çıxaran Sednaya Həbsxanasında dəmirdən hazırlanmış edam pres maşını aşkar edilib.
Məlumata görə, məhkumlar asılaraq öldürüldükdən sonra cəsədləri pres maşınında tamamilə düzlənib, cəsəd qalıntıları isə torbalara qoyularaq həbsxanadan kənar atılıb.
Murad
Qlobal.net