Suriya üsyançılarının lideri haqqında yeni AÇIQLAMA: “Qoyun dərisindəki canavar”

İsrailin xarici işlər nazirinin müavini Şarren Haskel deyib ki, Suriya islamçı qruplaşması “Həyat Təhrir əl-Şam”ın başçısı Əbu Məhəmməd əl-Colani, eyni zamanda, əsl adı Əhməd əl-Şara ilə də tanınan, cihadçı keçmişi olan təhlükəli lider olaraq qalır. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, o, Colanini yeni işıqlı şəxs təsvir etmək cəhdlərinə baxmayaraq, onun “qoyun dərisindəki canavar” olduğunu söyləyib.

Mətbuat konfransı zamanı Haskel, Colanini “Əl-Qaidə” və “Əl-Nusra Cəbhəsi” də daxil olmaqla cihadçı təşkilatların keçmiş üzvü kimi təsvir edən foto kollaj nümayiş etdirib. O qeyd edib ki, bu cür qruplar hətta adlarını dəyişməklə belə, öz əsl mahiyyətlərini qoruyub saxlayır və Qərb üçün təhlükə yaratmaqda davam edirlər.

Colani əvvəllər İraqda “Əl-Qaidə”nin tərəfində vuruşub və onun Suriyadakı “ən-Nusra Cəbhəsi”nin yaradılmasına rəhbərlik edib. Daha sonra o, “Əl-Qaidə” və İŞİD ilə əlaqələrini kəsərək təşkilatın adını “Həyat Təhrir əl-Şam” adlandırıb. Bəşər Əsəd rejiminin devrilməsindən sonra Colani inandırıb ki, onun qrupu dini azlıqları qorumağa hazırdır və sərt İslam qanunlarını tətbiq etməyə çalışmır.

Related Articles

Bir cavab yazın

Back to top button