Suriyalı silahlılar Dəməşqin şimal kənarında yerləşən Seydnaya həbsxanasını ələ keçirərək oradakı bütün məhbusları azad ediblər.
Qlobal.net xəbər verir ki, bu barədə Əl-Cəzirə telekanalı məlumat yayıb.
Suriya hökumətinin idarə etdiyi Seydnaya Hərbi Həbsxanası həm mülki fəallar, həm də silahlı müxalifət nümayəndələri olan minlərlə məhbusun saxlanması üçün istifadə edilib.