Ən tez nə arıqladır?

Sürətlə arıqlamaq üçün nə yeməliyik? Ən tez nə arıqladır?

Metabolizm bədənin qidaları enerjiyə çevirmə prosesidir və bu enerji bədənin yaşaması və funksiyalarını yerinə yetirməsi üçün vacibdir.

Qlobal.net bildirir ki, metabolizm yaşlanma və genetik səbəblərdən yavaşlaya bilər. Lakin düzgün qidalanma və fiziki fəaliyyət kimi bəzi dəyişikliklərlə metabolizmanı sürətləndirmək mümkündür.

Bədəniniz nə qədər sağlamdırsa, metabolizmanız da bir o qədər yaxşı işləyir. Sağlam və düzgün işləyən metabolizma isə sürətli və sağlam şəkildə arıqlamağa kömək edir. Lif və ya zülal baxımından zəngin qidalar uzun müddət toxluq hissi verərək arıqlama prosesini dəstəkləyə bilər.

Sürətlə arıqlamaq üçün nə yeməliyik?

Aşağı kalorili, amma porsiya olaraq daha böyük qidalar daha tez arıqlamağa və aclıq hissini idarə etməyə kömək edə bilər. Sağlam şəkildə arıqlamağa dəstək olan bəzi qidalar:

  • Balıq və dəniz məhsulları: Somon, ton balığı, sardina və skumbriya omeqa-3 yağ turşuları və zülal baxımından zəngindir. Zülalın həzmi üçün bədən daha çox enerji sərf edir.

  • Dənli bitkilər: Noxud, qara lobya, qırmızı lobya kimi dənli bitkilər zülal və liflə zəngindir.

  • Acı bibərlər: Kapsaisin maddəsi sayəsində bədən istiliyini artıraraq daha çox kalori yandırmağa kömək edir.

  • Az yağlı ətlər: Toyuq, hinduşka kimi zülal baxımından zəngin ətlər.

  • Brokoli: Su və lif baxımından zəngindir, toxluq hissi yaradır.

  • Mercimek: Zülal, lif, dəmir və maqnezium baxımından zəngindir.

  • Yulaf əzməsi: Şəkərin qana sorulmasını ləngidir, tox saxlayır.

  • Meyvələr: Çiyələk, alma, yaban mersini kimi liflə zəngin, az kalorili meyvələr.

  • Badam: Sağlam yağlar, zülal və liflə aclığı azaldır.

  • Az yağlı kəsmik: Aşağı yağlı və yüksək zülallı qida.

Ən tez nə arıqladır?

Əksər mütəxəssislərə görə, tədricən arıqlamaq daha sağlam və qalıcı olur. Qidalanma və fiziki fəaliyyət əsas rol oynayır. Kaloriləri kəskin şəkildə azaltmaq metabolizmanı zəiflədə bilər. Ən təsirli nəticələr üçün aşağıdakılara üstünlük verin:

  • Lifli tərəvəzlər

  • Az yağlı zülal mənbələri (toyuq, balıq, yumurta)

  • Sağlam yağlar (zeytun yağı, avokado)

  • Tam taxıllar (yulaf, kinoa)

Çətin arıqlayanlar nə etməlidir?

Bəzən arıqlamaq genetik, hormonal və həyat tərzi faktorlarına görə çətinləşə bilər. Ancaq çətin arıqlayanlar üçün də həll yolları var:

  • Qidalanma vərdişlərinizi nəzərdən keçirin: Həddindən artıq və emosional yemə davranışlarınızı dəyişin.

  • Dengəli və sağlam qidalanın: Sərt pəhrizlərdən uzaq durun. Zülal, sağlam yağlar və liflə zəngin qidalar yeyin.

  • Porsiya nəzarəti edin

  • Bol su için: Metabolizmanı sürətləndirir, aclığı azaldır.

  • Müntəzəm fiziki fəaliyyət: Həftədə ən azı 150 dəqiqə orta tempdə məşq.

  • Reallığa uyğun məqsədlər qoyun

  • Emosional yeməyə nəzarət edin

  • Yuxu rejimini düzəldin: Az və keyfiyyətsiz yuxu arıqlamağa mane olur.

  • Dəstək alın: Ailə, dost və ya mütəxəssislərdən motivasiya dəstəyi alın.

Evdə sürətli arıqlamaq üçün tövsiyələr:

  • Sağlam qidalanma planı yaradın.

  • Kiçik porsiyalarla yeyin.

  • Yavaş yeyin.

  • Televizor və ya kompüter qarşısında yeməkdən çəkinin.

  • Yeməklərə acı bibər və ədviyyat əlavə edin.

  • Kifayət qədər və müntəzəm yatın.

  • Yeməkdən sonra dişlərinizi fırçalayın.

  • Gündəlik pəhrizdə kifayət qədər zülal qəbul edin.

  • Stresslə mübarizə yollarını öyrənin.

  • Zərərli qidalardan uzaq durun.

  • Nə yediyinizi gündəlik qeyd edin.

  • Yemək vaxtlarını atlamayın.

  • Mövsümi meyvə-tərəvəz yeyin.

  • Gəzintiyə çıxın və idman edin.

    Murad
    Qlobal.net

15.04.2025 08:54
show 62