Cəmiyyət

“Süni intellektin əsasını bizim həmvətənimiz qoyub”

“Mətbuatda və xüsusən vikipediyada belə bir fikir yayılıb ki, guya süni intellektin banisi Con Makkartidir. Bu, səhv məlumatdır. Mən bu barədə yazmışam. Əslində süni intellektin əsasını qoyan bizim həmvətənimiz, dünyaşöhrətli alim Lütfi Zadədir. O, hələ 1950-ci ildə, hamıdan əvvəl, “Düşünən maşınlar” adlı məqaləsi ilə bu sahənin əsasını qoyub. Bu gün süni intellektin qlobal formulunun əsasında da onun bu ideyası dayanır”.

Bu sözləri Oxu.Az-a açıqlamasında dünya şöhrətli alim, akademik Rafiq Əliyev bildirib.

Akademikin fikrincə, süni intellekt yaxın gələcəkdə – xüsusilə 2030-cu illərdə – həyatımızın bütün sahələrini əhatə edəcək:

“Düşünürəm ki, onun ətrafında yeni bir sivilizasiya formalaşacaq. Bu yeni sivilizasiyanın əsası, mərkəzi və katalizatoru məhz süni intellekt olacaq.

Süni intellekt nədir? Əgər tərif vermək istəsək, bu, insanın zehni funksiyalarının – düşünmə, öyrənmə, qərarvermə, hesablama və digər funksiyaların – maşın vasitəsilə simulyasiyasıdır. Bu texnologiya insanı əvəz etməyə yox, ona yardım etməyə xidmət edəcək. Yəni süni intellekt insanın intellektual potensialını gücləndirəcək.

Bəziləri qorxurlar ki, süni intellekt həkimi, müəllimi, yazıçını və s. peşələri əvəz edəcək. Amma əslində bu belə deyil. O, cərrahın, müəllimin və yazıçının sadəcə köməkçisi olacaq, onları əvəz etməyəcək”.

Related Articles

Leave a Reply

Back to top button