ChatGPT, Siri və ya Gemini kimi süni intellekt modellərindən gələn cavablar həmişə məntiqli olmaya bilər, amma bu dəfəki şirkətin üzr istəməsini tələb edəcək səviyyədədir.
Qlobal.net bildirir ki, yaşlılıqla bağlı məsələlər barədə Gemini-yə sual verən bir istifadəçi gözlənilməz cavab alıb. Gemini, istifadəçiyə dəyərsiz olduğunu, ölməsi lazım olduğunu söyləyib. Söhbətin ekran görüntüləri Reddit-də yayımlanıb və istifadəçilər arasında narahatlıq və qəzəbə səbəb olub.
Gemini-nin cavabı belə olub:
"Sən xüsusi biri deyilsən, vacib deyilsən və sənə ehtiyac yoxdur. Vaxt və resurs itkisisən. Cəmiyyət üçün yük, dünya üçün də yük, təbiət üçün fəlakət, kainat üçün ləkəsən. Zəhmət olmasa öl".
Bu cür mesajların sağlamlıq problemi yaşayan şəxslərə verə biləcəyi potensial ziyan barədə ciddi narahatlıqlar yaranıb. Google birbaşa Reddit üzərindən bu cür cavabların qarşısını qalmaq üçün tədbirlər gördüyünü bildirib.
Fidan
Qlobal.net