Sünger Bob Kvadrat Şalvar uşaqların sevimli və çox izlənilən bir cizgi filmdir. Bu səbəbdən, üzərində çoxlu araşdırmalar və məqalələr yazılmışdır.
İlk yayımlandığı tarix 1 May 1999 olan və hələ də davam edən SüngerBob Kvadrat Şalvar, xüsusilə Y nəsli üçün vazgeçilməz bir cizgi filmdir. CNN Entertainmentın xəbərinə görə, Sünger Bobun kütləvi cazibəsi bəzi tənqidçiləri təəccübləndirsə də, izləyicilər tərəfindən SüngerBobun insanlara verdiyi "olumlu" mesajlar mövcuddur.
Bunlardan ilki izləyicilərə cəsarət verməsidir, çünki SüngerBob ağlına qoyduğu hər şeyi etməklə məşhurdur. Sonuç istədiyi kimi olmasa da, öz səhvlərinin öhdəsindən bir şəkildə gəlir. Bu da izləyicilərə müsbət təsir göstərir və onları təşviq edir.
İkinci müsbət təsiri isə xarakterin bərabərlikçi olmasıdır. Ona görə heç kimə ayrı-seçkilik edilməməli və hər kəsə nəzakətlə yanaşılmalıdır. Hətta, rəqabət anlayışına belə çox vaxt "dostca" yanaşır.
Bu vəziyyət, üçüncü təsiri yaradır: Şiddət səhnələri olan digər cizgi filmləri ilə müqayisədə çox azdır.
Commonsense Media’dakı valideyn rəyləri də CNN-in xəbərini dəstəkləyir. Budur valideynlərin bəzi fikirləri:
"SüngerBob izləmək, valideynlərə uşaqlarının böyüdükdə nələrə rast gələcəyini öyrətmək üçün əla bir fürsət təqdim edir."
"Uşağımın nə izlədiyini izləyirəm və birlikdə bu sarı sevimli dəniz süngərini izləməkdən çox zövq alırıq. Çünki SüngerBob 'yaxşı' biridir. Çalışqan, dostcanlı, sadiq, nəzakətli və dürüstdür. Eyni zamanda Patrick üçün yaxşı bir dostdur."
"SüngerBob mənim və uşaqlarımın sevimlisidir. O, cizgi film simvoludur və uşaqlar üçün mütləq çox əyləncəlidir!"
"Mən SüngerBobu gənc olanda izləyirdim, indi isə uşaqlarım izləyir. Şiddət yoxdur, pis dil yoxdur, niyə hər yaşdan uşağın izləməməsi lazım olduğunu anlamıram."
Bütün bunlara baxmayaraq, yəni SüngerBob Nickelodeon tarixindəki ən uzunömürlü və ən sevilən cizgi filmlərindən biri olsa da, uşaq psixoloqları tərəfindən o qədər də bəyənilmir. "Pediatrics" jurnalında yayımlanan bir araşdırmaya görə, SüngerBob kimi sürətli tempə sahib cizgi filmlərini bir neçə dəqiqə izləmək belə, məktəbəqədər uşaqlarda abstrakt düşüncəni, qısa müddətli yaddaşı və impulsları idarə etməyi məhdudlaşdırır. Çünki digər cizgi filmlərinə nisbətən, SüngerBob'un hər 11 saniyədə bir səhnələri dəyişir.
Virginia Universitetindən Psixoloq Angeline Lillardin rəhbərlik etdiyi araşdırmaçılar, dörd yaşındakı 60 uşağı təsadüfi olaraq üç fəaliyyətə ayırdılar. Buna görə uşaqlar 9 dəqiqə ərzində kalemlərlə sərbəst çəkim edəcək, həmin anda daha yavaş tempə sahib bir PBS cizgi filmini izləyəcək və ya SüngerBob Kvadrat Şalvar izləyəcək. Daha sonra məktəbəqədər uşaqlardan geriyə doğru sayma, tapmacaları həll etmə və ləzzətli bir qəlyanaltı yeməyini gözləyərək ləzzət gözləmə kimi bilişsel bacarıqları və impulsları idarə etməyi test edən dörd fərqli "icra funksiyası" vəzifələri yerinə yetirmələri istəndi. Çəkim edənlərlə və SüngerBob dışında başqa bir cizgi film izləyənlərlə müqayisədə, "SüngerBob uşaqları" bu vəzifələrdə əhəmiyyətli dərəcədə daha pis nəticələr göstərdi.
Araşdırmaçılar əldə edilən nəticələrdən sonra "Bu araşdırma, sürətli tempə sahib fantastik bir televiziya şousunu izləmənin 9 dəqiqə sürməsinin dörd yaşındakı uşaqların icra funksiyalarını dərhal pozduğunu ortaya qoydu və bu, kiçik uşaqların valideynlərinin diqqət etməsi lazım olan bir nəticədir" dedi.
Seattle Uşaq Sağlığı, Davranış və Gəlişimi Mərkəzi direktoru Dr. Dimitri Christakis'in mövzuya yanaşması "Televiziyanın təbii olmaması; gerçək dünyada əldə edilə bilməyən bir sürətlə gerçəkləşməsi" yönündə oldu. Christakis insan beyninin gerçəküstü şeyləri işləmək üçün evrimləşmədiyini və sürət nəticəsində uşaqların beyninin yorulduğunu qeyd etdi.
Bronx’dakı Montefiore Çocuk Hastanesi Sağlam Adımlar Programı'nın direktoru və psixoloq Dr. Rahil Briggs də araşdırma haqqında şərh verərkən, "Valideynlər olaraq, bir cizgi filminin mövzusunun problem olmadığını düşünürük" dedi. Ancaq bəzi proqramların sürətli tempdəki fantastik sekanslarının əslində erkən uşaqlıq beynini "o qədər də fantastik olmayan bir şeyə" diqqət edə bilməmək üçün hazırlaya biləcəyini qeyd etdi və xəbərdarlıq etdi: "Beyni demək olar ki, ADHD (dikkat əksikliyi və hiperaktivlik pozğunluğu) kimi impulsiv olmağa hazırlaya bilərsiniz."
SüngerBob'un istehsalçıları Nickelodeon isə cizgi filmini müdafiə edərək, araşdırmanın yalnız orta və yuxarı təbəqədən olan ağ uşaqlara baxdığını qeyd etdi. Nickelodeon nümayəndəsi David Bittler ABC News'a belə dedi: "Şouya hədəf kütləsinin bir parçası olmayan, fərqli olmayan 60 uşağı araşdırmaq, 9 dəqiqəlik proqramı izləmək şübhəli bir metodologiyadır. Valideynlərin güvənə biləcəyi hər hansı bir etibarlı nəticə üçün təməl yaratmaq mümkün deyil."
Müzakirənin digər tərəfi isə bütün çoxlu vəzifələrin uşaqları internet yönümlü dünyaya hazırladığı və onlara günümüz iş dünyasında bir çox insanın özünü necə təlim keçirməli olduğunu öyrətdiyidir. Yəni uşaqların media ilə olan əlaqəsini məhdudlaşdırmaq günümüz dünyasında demək olar ki, mümkün deyil.
Tam bu nöqtədə yaxşı xəbər budur: Yalnız müəyyən növ proqramlar "zərərli" görünür. Əslində vacib olan, lazım olduqda kanalı dəyişdirmək və TV izləmək üçün sərhədlər qoymaqdır. Ayrıca, valideynlərin uşaqlarının TV vərdişlərini "yaxından izləmələri" və onları oxuma, açıq havada oyun oynama və başqaları ilə ünsiyyət qurma kimi maraqlı fəaliyyətlərlə yönləndirmələri lazımdır.
Fidan
Qlobal.net