23.09.2021
20:33
417

Sumqayıtdan Bakıya çəkiləcəyi deyilən yeni yol ilə bağlı RƏSMİ AÇIQLAMA

Loading...

Sumqayıt istiqamətindən Bakıya giriş üçün alternativ yolun çəkilməsi ilə bağlı təklif aktual deyil.

“Ölkə.Az”ın məlumatına görə, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

O bildirib ki, alternativ yolun çəkilməsi təklif kimi verilsə də, təklif olaraq qalıb və qəbul edilməyib: “Hazırda bu təklif aktual deyil”.

Qeyd edək ki, ötən günlərdə Sumqayıtdan Bakı şəhərinə girişdə tıxacların aradan qaldırılması ilə bağlı tədbirlər planı çərçivəsində Bakı şəhərinə alternativ yolun çəkilməsi planının olduğu, bunun üçün Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin yaxınlığından Bakı şəhərinin Şərifzadə küçəsinə, oradan isə “20 yanvar” istiqamətinə yol çəkilməsinin təklif olunduğu qeyd olunmuşdu.

Loading...