663133b909ec8202404240857
Sumqayıtda zavod yanır

Sumqayıtda Aşqarlar zavodunda yanğın başlayıb. 

Qlobal.net xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. 

Bildirilib ki, hadisə yerinə FHN-in xeyli sayda texnikası və canlı qüvvəsi cəlb olunub.

***

“Sumqayıt-Aşqarlar” ASC-nin ərazisində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Dövlət Yanğından Mühafizə İdarəsinin texnika və canlı qüvvəsi hadisə yerində yanğının qarşısını almaq üçün müvafiq tədbirlər görürlər.

İdarədən bildirilib ki, zərərçəkən yoxdur.

Yanğının söndürülməsi işləri davam etdirilir.

30.04.2024 22:07
show 3315