Sumqayıtda tikintidə işləyən alman əsirin təsirli həyatı

Sumqayıt tikilən vaxt şəhərdə alman əsirləri olub, tikinti işlərini aparıblar.
Qlobal.net xatırladı ki, orada yaşayan uşaqlar və böyüklər də tez-tez tikinti meydançalarına gedib, əsirlərə tamaşa edirmişlər.
Aleksey adlı biri tikinti meydançasına gedir və bir almanı görərək, “Kurt! Kurt!” deyə, bağırmağa başlayır.
Sən demə, bu Aleksey müharibədə əsir düşübmüş. Həmin bu Kurta bir gün tapşırırlar ki, Alekseyi aparıb güllələsin. Kənar bir yerə çatanda Kurt deyir ki, mən gülləni havaya atacağam, sən qaç. Aleksey inanmır, fikirləşir ki, alman onu qaçdığı yerdə vurmaq istəyir, amma əlacsız olduğundan qaçmağa başlayır. Kurt da sözünə əməl edir, onu güllələmir.
Aleksey Kurtu Sumqayıtda görəndən sonra partiya rəhbərliyinə, hökumətə məktublar yazır, hadisəni olduğu kimi çatdırır ki, bu alman məni xilas edib, onu əsir kimi işlətmək düzgün deyil.
Hökumət Alekseyin məktublarından sonra Kurtu azad edir. Bundan sonra Aleksey 2-3 dəfə Bremenə – Kurtun evinə qonaq gedir.
Murad
Qlobal.net